Konqreslər Bürosu Yaxın Şərq və Hindistan bazarını öyrənir

 

Əsas məqsədi Azərbaycana beynəlxalq sərmayələrin cəlb olunması və ölkəmizin biznes turizmi imkanlarının təbliği olan Azərbaycan Konqreslər Bürosu öz üzvləri üçün bazarı öyrənmək məqsədilə növbəti dəfə seminar təşkil edib.

Mayın 3-də “Four Seasons Baku” mehmanxanasında təşkil olunan seminar Yaxın Şərq Hindistan bazarına həsr olunub. Tədbirdə beynəlxalq ekspert Vassilis Theocharides, “Qatar Airways”ın Azərbaycan nümayəndəliyinin əməkdaşı büronun satış marketinq üzrə meneceri Anar Nərimanov öz bilik təcrübələrini bölüşüblər.

Tədbirdə sözügedən bazardan olan alıcıların xüsusiyyətləri, imkanları bir çox digər aspektlər müzakirə olunub. Büronun seminarda iştirak edən üzvləri bu bazarla çalışdıqları zaman qazandıqları təcrübəni iştirakçılarla paylaşıblar.

Yaxın Şərq Hindistan bazarı Azərbaycan üçün potensial bazarlar sayıldığına görə onları öyrənmək vacibdir.

 

 Mədəniyyət.- 2016.- 4 may.- S. 2.