Azərbaycanlı fotoqrafın əsəri Fransada xeyriyyə sərgisində

 

Cornette de Saint Cyr” hərrac evi Fransanın Saint Tropez şəhərində “Ümid zənciri” Assosiasiyası üçün xeyriyyə satış-sərgisi təşkil edib. Azərbaycanlı gənc fotoqraf Maya Bağırovanın Xəzər dənizi sahilində çəkilmiş “Tənhalıq” fotosu da tanınmış fotoqrafların əsərlərindən təşkil olunan xeyriyyə satış-sərgisində yer alıb.

Maya Bağırovanın fotosu 800 avro məbləğində qiymətləndirilib.

Qeyd edək ki, 2015-ci ilin dekabr ayında Parisdə Luvr muzeyinin Karusel salonunda SNBA fotosərgisində Azərbaycanı beş fotosu ilə təmsil edən Maya Bağırova “Fotoqrafiya“ nominasiyasında üç mükafat alıb.

Professor Alen Döloşun 20 il əvvəl qurduğuÜmid zənciri” Assosiasiyasının əsas məqsədi xəstə uşaqlara yardım etməkdir.

 

Mədəniyyət.- 2016.-  6 may.- S. 16.