Nəğmələrdə
yaşayan ömür
Qusar rayon uşaq incəsənət məktəbində tanınmış bəstəkarı Qəmbər Hüseynlinin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Məktəbinin nəzəriyyə şöbəsinin müəllimi Ella Hüseynova bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, Qəmbər Hüseynlinin şair Tofiq Mütəllibovun sözlərinə bəstələdiyi “Cücələrim” mahnısı bütün dünyanı dolaşıb, bəstəkarın onlarla mahnısı indi də könülləri fəth etməkdədir.
Sonra konsertdə məktəblilər
Q.Hüseynlinin “İlk
məhəbbət”, “Bulağa gəlsin”,
“Söz olur”, “Ay işığında”, “Cücələrim”,
“Nə vaxta qaldı”, “Qonşuda
qız sevənin” və digər mahnılarını ifa ediblər.
Mədəniyyət.- 2016.- 6 may.-
S. 13.