Uşaq ədəbiyyatımızın sönməz günəşi

 

Mayın 3-də Xətai Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin (MKS) uşaq şöbəsinin təşkilatçılığı ilə şair, yazıçı, dramaturq Abdulla Şaiqin 135 illiyinə həsr olunmuşUşaq ədəbiyyatının sönməz günəşi” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə mövzuya dair sərgi və fotostendlə tanış olublar. Sonra Abdulla Şaiqin 135 illiyinə həsr olunmuş slaydlar nümayiş etdirilib.

MKS-nin uşaq şöbəsinin müdiri Şahnaz Cəlilova, baş kitabxanaçısı Həmidə Məmmədova Abdulla Şaiqin həyat və yaradıcılığı haqqında geniş məlumat veriblər.

Şəhərin 171, 263, 208 nömrəli uşaq bağçalarının yetirmələrinin iştirak etdikləri tədbirdə kitabxananın fəal oxucuları tərəfindən “Tülkü həccə gedir” adlı kompozisiya nümayiş olunub, Abdulla Şaiqin uşaq şeirlərindən parçalar oxunub, səhnəciklər göstərilib. Sonda Abdulla Şaiqin ev-muzeyinin direktoru Ülkər Talıbzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2016.- 6 may.- S. 10.