Uşaq musiqi məktəbinin
sənət hesabatı
Mayın 5-də
Rəşid Behbudov adına Dövlət
Mahnı Teatrında Bakı şəhəri 36 saylı uşaq musiqi məktəbinin
ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü
ildönümünə həsr etdiyi konsert proqramı təqdim edildi.
Proqram rəngarəng musiqi nömrələrindən təşkil edilmişdi. Məktəbin müəllim və şagird heyətinin məsuliyyət və sevgi ilə təqdim etdikləri musiqilər alqışlarla qarşılandı.
Məktəbin müəllimlərindən ibarət xalq çalğı alətləri ansamblının ifasında “Çahargah”la başlanan konsert milli və klassik musiqi nömrələri ilə davam etdi. Çıxışlar bir-birini əvəzlədikcə şagirdlərin istedadı ilə bərabər müəllim heyətinin çalışqanlığı, şagirdlərdə tədrisin səviyyəsi də hiss olunmaqda idi. Səhnəyə çıxan hər bir şagird öz istedadına güvənirdisə, müəllimlər də bir o qədər yetirmələrinin bacarığına arxayın idilər.
Konsert proqramında Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev, Adil Bəbirov, Süleyman Ələsgərov, Azər Rzayevin əsərləri ilə yanaşı, Cüzeppe Verdi, Dmitri Şostakoviç, Mixail Qlinka kimi dünya klassiklərinin əsərləri də səsləndi. Əsasən məktəbin 3, 5 və 7-ci sinif şagirdlərinin iştirak etdiyi konsertdə musiqi alətlərində məktəbin şagirdləri Zərifə Nəsrullayeva, Murad Tağıyev, Ceyhun Manafov, Həbib Məmmədli, Elmir Babazadə, Əsmər Məmmədova, Nərmin Kərimli, solo ifada Orxan Gülməmmədov, Rəvan Şahmarlı, eləcə də məktəbin qanunçalanlar ansamblının ifaları tamaşaçılar tərəfindən dəfələrlə alqışlandı.
Məktəbin direktoru Oqtay Muxtarov konsertin sonunda tədbirdə iştirak edən Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin məsul əməkdaşlarına, Bakı şəhər musiqi və incəsənət məktəblərinin direktorlarına və valideynlərə təşəkkürünü bildirdi. Direktor qeyd etdi ki, konsert ulu öndərin anadan olmasının 93-cü ildönümünə həsr edilməklə bərabər, həm də bir hesabat xarakteri daşıyır.
Bildirdi ki, bu gün səhnədə məktəbimizin ən layiqli şagirdləri çıxış etdilər. Proqramı tərtib edərkən “Multikulturalizm ili”ni də nəzərə aldıq və rus, alman və digər xalqların bəstəkarlarının əsərlərini proqrama daxil etdik. Musiqi nömrələri sırasında vətənpərvərlik ruhunda olan mahnılara yer ayırdıq. “Heyratı”, Süleyman Ələsgərovun “Gözlə məni” mahnısı kimi nümunələr bu qəbildəndir.
Konsert məktəbin müəllimləri Anar Abbasov və Habil Nəcəfovun ifasında “Qarabağ şikəstəsi” ilə başa çatdı. Tamaşaçıların alqışları ilə bitən konsert proqramı hər kəsdə xoş təəssürat yaratdı.
Lalə Azəri atəşfəşanlıqla
başa çatıb.ə atəşfəşanlıqla
başa çatıb.kçıları
tanınmış tibb aliminə həsr olunan sərgiyə baxıblar.
Mədəniyyət.- 2016.- 6 may.- S.
9.