Opera və Balet Teatrına
məşhur firmanın
royalı verilib
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
Opera və Balet Teatrı üçün
dünyanın qabaqcıl
musiqi alətləri istehsalçısı «Steinway & sons» firmasının royalı alınıb.
Teatrın baş dirijoru, Xalq artisti Cavanşir
Cəfərov bu münasibətlə sevincini
bölüşərək deyib: “Bir müddət
əvvəl nazirlik tərəfindən teatrın
simfonik orkestri üçün aparıcı
Avropa firmalarının
istehsalı olan musiqi alətləri alınmışdır. Bu qiymətli alətlərdə
ifa etmək bütün musiqiçilərin
ən böyük arzusudur. Bugünlərdə isə bizə
«Steinway & sons» firmasının istehsalı olan royal təqdim edildi. Fəaliyyəti dövründə bizim teatrda heç
vaxt bu firmanın
royalı olmamışdır.
Teatrda tez-tez xarici dirijorlar və vokalçılar çıxış
edir, yaradıcı kollektivlərimiz və sənətçilərimiz musiqi
mədəniyyətimizi xaricdə
təmsil edir. Teatrımızın yeni musiqi alətləri ilə təchiz edilməsi dövlətin bizə göstərdiyi qayğı
və diqqətin daha bir təzahürüdür”.ndən
teatrın simfonik orkestri üçün aparıcı Avropa firmalarının istehsalı
olan musiqi alətləri alınmışdır.
Bu qiymətli alətlərdə ifa etmək bütün musiqiçilərin ən
böyük arzusudur.
Bugünlərdə isə bizə
«Steinway & sons» firmasının istehsalı olan royal təqdim edildi. Fəaliyyəti dövründə bizim teatrda heç
vaxt bu firmanın
royalı olmamışdır.
Teatrda tez-tez xarici dirijorlar və vokalçılar çıxış
edir, yaradıcı kollektivlərimiz və sənətçilərimiz musiqi
mədəniyyətimizi xaricdə
təmsil edir. Teatrımızın yeni musiqi alətləri ilə təchiz edilməsi dövlətin bizə göstərdiyi qayğı
və diqqətin daha bir təzahürüdür”.
Mədəniyyət.- 2016.- 6 may.- S. 5.