Honq-Konqun turizm təmsilçiləri ölkəmizdə səfərdədir

 

Mədəniyyət və Turizm Nazirliyi və “Türk Hava Yolları” aviaşirkətinin Bakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Honq-Konqun aparıcı turizm şirkətlərinin nümayəndələri ölkəmizdə tanışlıq səfərindədir. 4-8 may tarixini əhatə edən səfər Azərbaycana turistlərin cəlb olunması, Honq-Konqun aparıcı turizm şirkətləri ilə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.

Mayın 5-də “Hilton Baku” mehmanxanasında Azərbaycanın və Honq-Konqun turizm şirkətləri arasında işçi görüşü (work shop) keçirilib. Görüşün əvvəlində ölkəmizin turizm potensialına dair video təqdimat olub. Tədbirdə qarşılıqlı turist mübadiləsinə dair danışıqlar aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Səfər çərçivəsində qonaqlar paytaxtla yanaşı Qəbələ və Şəkiyə səfər edərək bu regionların turizm potensialı ilə yaxından tanış olacaqlar.

 

 

Mədəniyyət.- 2016.- 6 may.- S. 3.