Musiqi Mədəniyyəti Muzeyində görüş
Mayın 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə ilə görüş keçirilib.
Muzeyin direktoru,
Əməkdar mədəniyyət işçisi
Alla Bayramova, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, musiqişünas Jalə Qulamova
bəstəkarın həyat və
yaradıcılığı barədə
danışıblar. Qeyd edilib ki, Firəngiz
Əlizadə Azərbaycan musiqisinin
inkişafına böyük töhfələr
verib, ölkəmizi dünyada
tanıdıb, bir sıra nüfuzlu
mükafatların laureatı, ölkəmizdə keçirilən
bir çox beynəlxalq
festivalların, möhtəşəm konsert
proqramlarının bədii rəhbəridir. Bəstəkar
eyni zamanda istedadlı
musiqiçilərin bir neçə nəslini
yetişdirən gözəl müəllimdir. Sonra
Firəngiz Əlizadənin həyatı və zəngin
yaradıcılığından bəhs edən sənədli
film nümayiş etdirilib.
Mədəniyyət.- 2016.- 6 may.-
S. 2.