Heydər Əliyev və Azərbaycan
mədəniyyəti
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Sumqayıt şəhər mədəniyyət müəssislərində silsilə tədbirlər keçirilib.
“28 May” Mədəniyyət evində keçirilən “Sən elə bir zirvəsən...” adlı musiqili tədbirdə Ə.Kərim adına Poeziya klubunun direktoru, şair İbrahim İlyaslı, Heydər Əliyev Mərkəzinin əməkdaşı Mətanət Əvəzli çıxış ediblər. Mədəniyyət evinin Xalq teatrı üzvlərinin ifasında şeirlər, “Yeni Sumqayıt” ansamblının ifasında səslənən mahnılar maraqla qarşılanıb.
F.Əmirov adına uşaq musiqi, S.Rüstəmov adına uşaq incəsənət, Q.Qarayev adına uşaq musiqi məktəblərində keçirilən tədbirlərdə şagirdlərin ifasında ulu öndəri vəsf edən şeirlər, musiqilər səsləndirilib.
* * *
Tərtər Rayon Mədəniyyət və Turizm Şöbəsi və YAP rayon təşkilatının təşəbbüsü ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda dəyirmi masa təşkil olunub.
Şöbənin müdiri Gündüz Mürsəlov, MKS-nin direktoru Ulduzə Qurbanova və başqaları çıxış edərək ulu öndərin mədəniyyət və kitabxanalar haqqında dediyi fikirləri xatırladıb, mütaliənin əhəmiyyətindən danışıblar. Tədbirdə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” başlıqlı kitab sərgisi nümayiş olunub.
* * *
Balakən rayon Mədəniyyət mərkəzində keçirilən tədbiri İcra Hakimiyyətinin başçısı İslam Rzayev açıb. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ş.Hacıyevanın “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda məruzəsi dinlənilib.
Mədəniyyət işçiləri və Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən bədii-qiraət dərnəyi üzvlərinin ifasında şeirlər səslənib, ümummilli lider haqqında film nümayiş etdirilib.
* * *
Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Mədəniyyət mərkəzində elmi-praktik konfrans keçirilib. Tədbirdə ümummilli liderin həyatını əks etdirən film nümayiş olunub. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyeva, MKS-nin direktoru Gülniyar Məmmədova məruzələrlə çıxış ediblər.
* * *
Şamaxı Dövlət Rəsm
Qalereyasında ümummilli liderin
doğum günü
münasibətilə hərbi-vətənpərvərlik mövzusunda sərgi açılıb.
Ziyalıların, mədəniyyət işçiləri və
məktəblilərin iştirak etdiyi sərgidə Şamaxı İncəsənət
Təhsili Mərkəzinin istedadlı şagirdlərinin əl
işləri nümayiş olunub.
Mədəniyyət.- 2016.- 11 may.-
S. 11.