“Keşikçidağ”
qoruğunda ekskursiyalar
Mədəniyyət və Turizm Nazirliyinin və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə dəstəyi ilə rayon ərazisindəki “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna ekskursiyalar təşkil edilib.
Rayon və kənd məktəblilərinin, pedaqoji kollektivin iştirak etdiyi ekskursiyalar zamanı qoruq əməkdaşları burada yerləşən mağara-məbədlər, qala, Qüdrət bulağı və kurqanlar haqqında ətraflı məlumat verilib. İştirakçılara üzərində Mədəniyyət və Turizm Nazirliyinin loqosu, qoruğun ərazisində yerləşən mədəniyyət abidələrinin təsvirləri əks olan gödəkcə, köynək və idman üslublu baş geyimləri paylanılıb.
Ekskursiyalar qoruq
ərazisindəki “İlham Əliyev
adına zirvə”yə yürüşlə yekunlaşıb.
Mədəniyyət.- 2016.- 11 may.-
S. 11.