Qoşa bulaq” - audio-kitab

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Hüseyn Bağıroğlu və Güney Azərbaycanın tanınan imzalarından Hüseyn Rəzminin şeirlərindən ibarət audio-kitab Tehranda işıq üzü görüb.

Audio-kitabda H.Bağıroğlunun “Badam ağacı”, “Qar havası”, “Şair”, “İlahi, görürsən...” və s. şeirləri, H.Rəzminin isə “Yaralar”, “Sarı gül”, “Haray sükutun əlindən”, “Doludur ürəyim”, “Durnam” və digər bədii nümunələri yer alıb. Hər iki müəllifin şeirləri qiraət ustaları Solmaz Yusifi və Cəlil Dərhəmcani tərəfindən səsləndirilib.

Qeyd edək ki, H.Bağıroğlunun “Mən çiynimdən yerə qoydum dünyanı” adlı şeirlər kitabı 2007-ci ildə Şərifə Cəfərinin tərcüməsi ilə Tehranda fars dilində çapdan çıxıb.

F.Yunisli

Mədəniyyət.- 2016.- 11 may.- S. 10.