Milli Qeyri-Hökumət Təşkilatları Forumunun hesabatı dinlənilib

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) 2015-ci il üçün illik hesabatı və 2016-cı il üçün fəaliyyət proqramının təqdimatı keçirilib.

MQF-nin prezidenti Rauf Zeyni 2015-ci ildə həyata keçirilən layihələr barədə məlumat verib. MQF-nin koordinatoru Cəmilə Abdullayeva “QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində 2015-ci ildə keçirilmiş tədbirlər haqqında söz açıb. MQF Elm Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova mərkəzin gördüyü işlər barədə danışıb.

MQF Turizm İnkişafı Mərkəzinin direktoru Ruslan Quliyev hesabat dövründə Azərbaycana bu sahədə investisiya və ekspertlərin cəlb olunması, turizm sahəsi üzrə qabaqcıl ölkələrin inkişaf təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi istiqamətində fəaliyyətlərindən bəhs edib, müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiklərini bildirib.

Sonra Regional QHT Resurs və Təlim Mərkəzinin direktoru Qalib Nəbiyev, MQF İdarə Heyətinin sədr müavini Ümid Rəhimoğlu, MQF Maraqlı Adamlar Klubunun direktoru, yazıçı Varis Yolçuyev və başqaları çıxış ediblər.

Mədəniyyət.- 2016.- 11 may.- S. 9.