Azərbaycan turizmi: bu gün və
sabah
Gənc
tədqiqatçıların elmi-praktik konfransı
Mayın
7-də Azərbaycan Turizm
və Menecment Universitetində (ATMU) ümummilli
lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə
həsr olunmuş “Azərbaycan turizmi: bu gün və
sabah” mövzusunda
gənc tədqiqatçıların
V respublika elmi-praktik konfransı keçirildi.
Konfransın açılışında çıxış edən
ATMU-nun rektoru, professor Cəfər Cəfərov
diqqətə çatdırdı
ki, ənənəvi olaraq may ayının əvvəlindən ali təhsil müəssisəsində
müstəqil Azərbaycan
dövlətinin qurucusu,
dahi şəxsiyyət
və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü
münasibətilə müxtəlif
tədbirlər keçirilir.
Bildirdi ki, bu silsilədə yer alan
növbəti konfransda
ölkəmizin müxtəlif
universitetlərində bakalavr
və magistr pilləsində təhsil alan bir qrup
gənc elmi tədqiqatçının məruzələri
dinləniləcək. Rektor gənc
tədqiqatçılara uğurlar
arzu etdi.
Universitetin turizm biznesi kafedrasının müdiri
Bahadur Bilalov ümummilli liderin ölkəmizdə turizmin
təşəkkülü, müvafiq infrastrukturun yaradılmasında xidmətlərindən
danışdı. Qeyd etdi
ki, Heydər Əliyev hələ sovet dövründə Azərbaycanda turizmin inkişafı üçün
öz səylərini
əsirgəməyib, onun
təşəbbüsü ilə bir sıra
mühüm layihələr
həyata keçirilib.
Konfrans daha sonra öz
işini “Azərbaycan
turizminin inkişaf xüsusiyyətləri”, “Regionların
turizm ehtiyatları”, “Turizmin menecmenti və marketinq” bölmələrində davam
etdirdi. Bölmə iclaslarında “Azərbaycanda
daxili turizmin inkişaf istiqamətləri”,
“Azərbaycanın tarixi
abidələri və
onların turizmdə istifadəsi problemləri”,
“Azərbaycanın Xəzərsahili
zonalarında turizmin inkişaf istiqamətləri
və müasir problemləri”, “Mehmanxana təsərrüfatında animasiya
xidmətlərinin rolu”,
Bakı-Astara turizm marşrutu boyu Masallı-Lənkaran zonasının
turizm imkanları” və başqa mövzularda məruzələr
dinlənildi. Ümumilikdə konfransa 51 məruzə təqdim olunmuşdu.
Konfransın sonunda iştirakçılara
sertifikatlar verildi.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 11 may.
S. 9.