Müasir Azərbaycanın memarı və qurucusu
Mayın 5-də Binəqədi Rayon İcra Hakimiyyəti
və YAP rayon təşkilatının
birgə təşəbbüsü ilə ümummilli
liderin anadan
olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev müasir
Azərbaycanın memarı və qurucusudur”
mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Konfransda Milli Məclisinin üzvləri Nizami Cəfərov, Şəmsəddin Hacıyev, Eldar İbrahimov, Mixail Zabelin Elman Nəsirov məruzələrlə çıxış ediblər. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov “Heydər Əliyevin idarəetmə məktəbi” mövzusunda çıxış edib.
Çıxışlardan sonra
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi
ümummilli liderin irsinin öyrənilməsi və təbliğində
xidmətlərinə görə rayon İcra Hakimiyyətinin fəxri fərmanı
ilə təltif olunub. Teatrın direktoru İftixar Piriyev ulu öndərin həyat
və fəaliyyətinə həsr etdiyi poema və pyeslərə, həmçinin ümummilli liderin bədii
obrazının ifasına görə
mükafatlandırılıb. Teatrın rəhbəri kollektivə
göstərilən diqqətə görə təşəkkürünü
bildirib.
Mədəniyyət.- 2016.- 11 may.-
S. 6.