Milli Konservatoriyada anım mərasimi
Mayın 6-da Azərbaycan Milli Konservatoriyasında Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək ümummilli liderin həyat yolundan, Azərbaycan mədəniyyətinin inkişafı və təbliği istiqamətində gördüyü böyük işlərdən danışıb.
Qeyd olunub ki, Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də milli-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə xas əsərlərin yaradılması üçün əlindən gələni əsirgəmirdi. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Heydər Əliyev mədəniyyət sahəsində çalışan insanların əməyini yüksək qiymətləndirir, onlara diqqət və qayğı ilə yanaşırdı.
Vurğulanıb ki, Heydər Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra ulu
öndərin həyat yolunu əks etdirən
videoçarx nümayiş
olunub. Tədbir konsert
proqramı ilə davam edib.
Mədəniyyət.- 2016.- 11 may.-
S. 6.