Fəxri xiyabanda
ümummilli lider Heydər
Əliyevin məzarı ziyarət olunub
Mayın 10-da müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü tamam oldu. Artıq 13 ildir ki, Azərbaycan xalqı dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edir. Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ölkə ictimaiyyətinin nümayəndələri, müxtəlif təşkilat və qurumların kollektivləri Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət etdilər. Ölkəmizin şəhər və rayonlarında ümummilli liderin anadan olmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilir, dahi şəxsiyyətin Vətən və dövlət qarşısındakı xidmətləri yad olunur.
Mayın 7-də Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi. Ulu öndərin məzarı önünə tər gül dəstələri qoyuldu.
Anım mərasimində respublikamızın mədəniyyət və turizm sahəsində fəaliyyət göstərən qurumlarının, teatr-konsert müəssisələrinin, muzey, kitabxana və digər mədəniyyət ocaqlarının kollektivlərinin nümayəndələri, incəsənət xadimləri iştirak edirdilər.
Mərasim iştirakçıları görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı
üzərinə də gül dəstələri
düzdülər, xatirəsini ehtiramla yad etdilər.
Mədəniyyət.- 2016.- 11 may.-
S. 4.