Azərbaycanı tanıdan insan
Mayın 10-da M.S.Ordubadinin xatirə muzeyində Azərbaycan Dövlət Din Tarixi Muzeyi və Cəfər Cabbarlının ev-muzeyi ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Azərbaycanı tanıdan insan” adlı tədbir keçirilib.
Tədbirdə M.S.Ordubadinin xatirə muzeyinin direktoru Lalə Abaszadə, C.Cabbarlının ev-muzeyinin baş fond mühafizi Sənubər Əhmədova, “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin sədri Aygün Zamanlı, şairə Zərəngiz Dəmirçi Qayalı ulu öndərin mədəniyyətimizə göstərdiyi qayğıdan söhbət açıblar.
“Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin dərnək üzvləri tərəfindən ədəbi-bədii kompozisiya təqdim olunub, ümummilli liderə həsr edilmiş şeirlər səsləndirilib.
Sonda fəal
iştirakçılara fəxri fərmanlar, dərnək
üzvlərinə təşəkkürnamələr təqdim
edilib.
Mədəniyyət.- 2016.- 11 may.-
S. 4.