Bülbülün memorial muzeyində “Şuşa
həsrəti”
Mayın 6-da Bülbülün memorial muzeyində
Azərbaycanın musiqi
beşiyi Şuşanın
işğalının 24-cü ildönümü ilə əlaqədar “Şuşa
həsrəti” adlı
tədbir keçirilib.
Muzeyin direktoru Fərqanə Cabbarova 1992-ci il
mayın 8-də gecə
erməni hərbi birləşmələrinin Şuşa
şəhərini işğal
etməsi, işğal
nəticəsində şəhərin
zəngin mədəni
irsinin də talan edildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, düşmən qədim şəhərimizdə
Azərbaycan mədəniyyətinin,
Azərbaycan xalqının
izlərini silmək məqsədilə bir sıra ağlasığmaz
cinayətlərə əl
atıb, tarixi-mədəni
abidələri darmadağın
edib. Şuşa Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri
Zahid Abbasov Şuşa ilə
bağlı xatirələrini
tədbir iştirakçıları
ilə bölüşüb,
torpaqlarımızın tezliklə
geri qaytarılacağına
əminliyini vurğulayıb.
Tədbir
Azərbaycan Milli Konservatoriyasının nəzdində
Musiqi Kollecinin şagirdlərinin, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək
İctimai Birliyi və “Aytam” Uşaqların Mədəni
Maarifləndirilməsi İctimai
Birliyi üzvlərinin
ifası və çıxışları ilə
davam edib.
Sonda muzeyin
arxivində saxlanılan materiallar əsasında
hazırlanmış Şuşa
haqqında videorolik nümayiş
olunub.
Mədəniyyət.- 2016.- 11 may.-
S. 4.