İspaniyada Dünya Turizm Təşkilatı
İcraiyyə Şurasının sessiyası keçirilir
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sessiyada çıxış edib
Mayın 9-da
İspaniyanın Malaqa şəhərində
Birləşmiş Millətlər Dünya
Turizm Təşkilatı (UNWTO) İcraiyyə
Şurasının 103-cü sessiyası işə
başlayıb. Sessiyada mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayevin rəhbərliyi
ilə nümayəndə heyəti iştirak
edir.
İcraiyyə Şurası sessiyanın gündəliyinə 2015 və 2016-cı illərdə beynəlxalq turizm, qlobal səviyyədə turizmin rolunun gücləndirilməsi, prioritetlər və idarəetmə baxışları, turizmin davamlı inkişafı, eləcə də Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının 2015 və 2016-cı illər üzrə maliyyə hesabatları, maliyyə auditi bəyannaməsi və üzvlük statusu kimi məsələlər yer alıb.
İclasda nazir Əbülfəs Qarayev çıxış edərək əvvəlcə İspaniya hökumətinə və Dünya Turizm Təşkilatına 25-27 apreldə Bakıda keçirilmiş BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. Nazir çıxışında bu ilin 5-6 mart tarixində Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin Bakıda toplantısının keçirilməsi, forumun rəhbər şəxslərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi barədə danışıb. Həmin görüşdə turizm sahəsi ilə bağlı aparılan müzakirələrdən söz açan nazir Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının turizmin həm sülhün və dialoqun qurulmasında, həm də iqtisadiyyatın inkişafında, yeni iş yerlərinin açılmasında, BMT-nin Davamlı İnkişaf gündəliyində rolu barədə dünya liderlərinə müraciətin qəbul edilməsinin vacib olduğunu vurğulayıb.
Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı
İcraiyyə Şurasının 103-cü sessiyası
mayın 11-də işini başa
vuracaq.
Mədəniyyət.- 2016.- 11 may.-
S. 3.