Koreyanın turizm
təmsilçiləri ilə işçi
görüş
Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Koreya Respublikasındakı səfirliyi və “Türk Hava Yolları” aviaşirkətinin Bakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Koreyanın aparıcı turizm şirkətlərinin nümayəndələri ölkəmizdə tanışlıq səfərindədir.
8-14 may tarixini əhatə edən səfərin məqsədi Azərbaycana turistlərin cəlb olunması, iki ölkənin turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi və turizm imkanlarının tanıdılmasıdır.
Səfər çərçivəsində
mayın 10-da “Hilton Baku”
mehmanxanasında Koreya və Azərbaycanın
turizm təmsilçilərinin işçi görüşü
(workshop) keçirilib.
Görüşdə “AGT”, “Geo Travel”, “Regea Travel”, “Turizm.az”, “Khazar
Travel”, “Victory Tour”, “Granit AS”, “Silkway
Travel” turizm şirkətləri
və “Kempinski Badamdar”, “Park İnn” mehmanxanaları təmsil olunub.
Görüşün əvvəlində ölkəmizin
turizm potensialına dair video təqdimat izlənilib. Qarşılıqlı turist mübadiləsinə
dair danışıqlar
aparılıb, əməkdaşlıq
perspektivləri müzakirə
olunub.
Səfər çərçivəsində qonaqlar Qəbələ və Şəkiyə səfər edərək bu regionların turizm potensialı ilə də tanış olacaqlar.
Mədəniyyət.- 2016.- 11 may.- S. 3.