Bakı Musiqi
Akademiyası tələbələrinin uğuru
İspaniyanın Barselona şəhərində keçirilən “Sea Sun” festival-müsabiqəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının II kurs tələbələri Cavid Əzizov və Vüsal Aydəmirov uğurla çıxış ediblər.
13 ölkədən
iştirakçıların yarışdığı
müsabiqədə instrumental janrda 20-25 yaş qrupu üzrə solo nominasiyada Cavid Əzizov
İ.S.Baxın “1-ci cild “f
moll” və T.Quliyevin
“Qaytağı” əsərlərini ifa edib və I yerə çıxıb. Solo nominasiyasında F.Listin
“Ballada N2” və F.Bədəlbəylinin
“Dəniz” əsərlərini ifa edən Vüsal Aydəmirov II yerə layiq
görülüb. Həmçinin, hər
iki təmsilçimiz ansambl
nominasiyasında İ.Bramsın “Macar rəqsi
N3” və Ü.Hacıbəylinin “Koroğlu”
uvertürasını səsləndirərək III yerə
çıxıblar.
Mədəniyyət.- 2016.- 13 may.-
S. 11.