Azərbaycan və Gürcüstan uşaqlarının “Dostluq körpüsü”
Musiqi və rəqs kollektivlərinin birgə konsertləri keçirilib
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət sarayında və Lökbatan qəsəbəsindəki Ə.Əmirov adına Mədəniyyət sarayında Azərbaycan-Gürcüstan “Dostluq körpüsü” adlı konsert proqramı təqdim olunub. Hər iki tədbir Hacıağa Abbasov adına Mədəniyyət evinin dəstəyi ilə təşkil edilib.
Dost ölkəni paytaxtımızda “Mozaika” müasir və bal rəqsləri studiyası, “Bzikebis” uşaq vokal studiyası, “Lileo”, “Liaxvi”, “Rtoni”, “Mermisi”, “Lazieri”, “Binuli”, “Orioni” rəqs kollektivləri və ansamblları təmsil ediblər.
Konsertdə “Azərbaycan qartalları” qrupu “Rəngahəngi”, “Qazaxı”, “Lalələr” rəqs kollektivi “Vağzalı”, “Yallı” və 4 nömrəli uşaq incəsənət məktəbinin “Leyla” rəqs kollektivi “Qarabağ inciləri”, “Şən Azərbaycan” rəqs nömrələrini təqdim ediblər. “Gülən notlar” pop uşaq qrupu, “İdeal” rəqs kollektivi, “Meqas” qrupu, M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin "Fantaziya" skripkaçılar ansamblı, “AS” qrupunun çıxışları da tamaşaçıların böyük marağına səbəb olub.
Azərbaycan-Gürcüstan “Dostluq
körpüsü”ndə iştirak edən
hər iki ölkənin bütün
kollektivləri diplom və hədiyyələr
ilə təltif ediliblər.
Mədəniyyət.- 2016.- 13 may.-
S. 10.