Mədəniyyət
işçiləri üçün
hüquqi-maarifləndirici seminar
Mayın 11-də
Şamaxı rayon Heydər Əliyev Mərkəzində
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz tərəfindən mədəniyyət
işçiləri üçün
hüquqi-maarifləndirici seminar keçirilib.
Tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rəfail Tağızadə, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekan müavini, insan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının müəllimi Gülnaz Ələsgərova, Elmi-Metodik Mərkəzin Hüquq sektorunun müdiri Günay Süleymanova və Mədəniyyət təsisatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin metodisti Səbuhi Hüseynov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, müasir dövrdə hüquqi-mədəni maarifləndirmə işində yerli normativ aktlarla yanaşı, beynəlxalq öhdəliklərlə bağlı müvafiq sənədlər də diqqətə alınmalıdır. Buna görə də hüquqi maarifləndirmənin daha geniş təbliği mühüm şərtlərdəndir.
Seminarda “Mədəniyyət haqqında” qanun,
“Mədəniyyət konsepsiyası” və mədəniyyət
sahəsində qəbul edilən digər sənədlərdən
düzgün istifadənin təmin edilməsi,
ictimai maarifləndirmə işinin
genişləndirməsinin vacibliyi
vurğulanıb, fikir mübadiləsi
aparılıb.
Mədəniyyət.- 2016.- 13 may.-
S. 10.