“Zirvədən boylanan mədəniyyətimiz”
Sərgi-müsabiqə keçirilib
Sumqayıt
Şəhər Mədəniyyət və Turizm
İdarəsi, Mədəniyyət İşçiləri Həmkarlar
İttifaqı Sumqayıt Komitəsi, şəhər Gənclər
və İdman Baş
İdarəsi və Dövlət Rəsm Qalereyasının
birgə təşəbbüsü ilə “Zirvədən boylanan mədəniyyətimiz” adlı sərgi-müsabiqə keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd UNESCO-nun siyahısına daxil edilmiş mədəni irs nümunələrimizi təbliğ etmək, şagirdlərdə vətənpərvərlik hissini, yaradıcılıq qabiliyyətini inkişaf etdirməkdir.
Rəsm nominasiyası üzrə 8-12 və 14-16 yaş qrupları arasında keçirilən müsabiqədə Sumqayıt şəhər Bülbül adına 2 saylı, Ə.Bakıxanov adına uşaq incəsənət məktəbləri, Elit Təhsil və Karyera Mərkəzi, Nizami Gəncəvi adına kitabxana-klub və şəhər Mədəniyyət evinin dərnək üzvləri iştirak ediblər. 40-dan çox şagirdin əl işləri münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Səma Mehdiyeva (Ə.Bakıxanov adına məktəb) I yerə, Həqiqət Ağayeva (Bülbül adına məktəb) və Emil Məmmədli (Ə.Bakıxanov adına məktəb) II yerə, Sahil Oruclu (Nizami Gəncəvi adına kitabxana-klub) və Öznur Qafarlı (Mədəniyyət evi) III yerə layiq görülüblər.
Tədbirdə Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, şair Əşrəf Veysəlli, Heydər Əliyev Mərkəzinin direktoru Aygün Zülfüqarlı, Əməkdar rəssam Vaqif Nəzirov çıxış edərək belə tədbirlərin istedadlı gənclərin öz bacarıq və qabiliyyətlərini üzə çıxarmasında müstəsna əhəmiyyətini qeyd edib, onlara uğurlar arzulayıblar.
C.Cabbarlı adına mədəniyyət evinin “Turan” rəqs kollektivi, şəhər Mədəniyyət evi özfəaliyyət kollektivinin
üzvlərinin ifasında vətənpərvər əhval-ruhiyyəli
mahnılar tamaşaçılar tərəfindən
alqışlarla qarşılanıb.
Mədəniyyət.- 2016.- 13 may.-
S. 10.