ATMU heyəti hərbçilərin
qonağı olub
Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları Şəmkir rayonunda yerləşən N saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçiriblər.
Qonaqlar əvvəlcə hərbi hissənin əsgər və zabitləri ilə birlikdə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər.
Hərbi hissənin akt zalında keçirilən toplantıda universitetin elmi katibi, dosent Məhərrəm Zülfüqarlı və turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Anar Fərmayılov məruzələrlə çıxış ediblər.
Məruzələrdə Azərbaycanın
dövlətçilik tarixi, müxtəlif
dövrlərdə xalqımızın
işğalçılara qarşı mübarizə salnaməsi,
ümummilli lider Heydər
Əliyevin Azərbaycan dövlətçiliyi
qarşısında tarixi xidmətləri
barədə geniş məlumat verilib. Sonda hərbi
şəhərcikdə ağacəkmə mərasimi təşkil
olunub.
Mədəniyyət.- 2016.- 13 may.-
S. 9.