Uşaq musiqi və incəsənət məktəblərinə
metodiki kömək göstərilib
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz tərəfindən Füzuli rayonunda yerləşən uşaq musiqi və incəsənət məktəblərinə metodiki köməklik göstərilib.
Bu məqsədlə mayın 3-dən 5-dək Elmi-Metodik Mərkəzin Bədii təhsil şöbəsinin baş metodisti Rauf İmanov və metodist Zəbulla Quliyev Füzuli rayonunda fəaliyyət göstərən beş uşaq musiqi məktəbində təlim xarakterli tədbirlər keçiriblər.
Onlar məktəblərdə tədris prosesini
izləyib, müəllimlərə ixtisas
və nəzəri fənlərin metodikası, tədris prosesinin mövcud normativ sənədlərlə
aparılması, məktəblərin, sinif
otaqlarının tərtibatı və s.
məsələlərlə bağlı zəruri tövsiyələr
veriblər. Məktəblərə müxtəlif metodiki vəsaitlər təqdim edilib.
Mədəniyyət.- 2016.- 13 may.-
S. 6.