Musiqi ilə yaşanan ömür
Musiqinin gözəlliyini, dərinliyini dinləyiciyə çatdırmaq üçün peşəkar ifa əsas şərtdir. Hələ bu ifaçı peşəkar pedaqoq, müəllim olursa, işin məsuliyyəti daha da artır. Öyrətmək öyrənməkdən hər zaman çətin və məsuliyyətli olub. Adil Nəcməddin oğlu Şixəmmədov da belə insanlardandır. 37 ildir klarnet ifaçılığını tədris edən Adil müəllim şagirdlərə sənətin sirlərini sevərək, həvəslə öyrədir.
O, 1955-ci ildə Quba rayonunun Xucbala kəndində anadan olub. İfaçılıq sənətinə uşaq yaşlarından marağı olsa da, bu sənətə
bir qədər gec gəlib. 1975-ci illərdə hərbi xidmətini başa vurandan sonra Qusar rayon uşaq musiqi məktəbinə daxil olub. Beşillik təhsili üç
ildə tamamlayıb.
Musiqi məktəbini müvəffəqiyyətlə bitirərək 1979-cu ildə
Sumqayıt şəhər
Sultan Hacıbəyov adına orta ixtisas məktəbinin klarnet üzrə qiyabi şöbəsinə
daxil olub. Eyni zamanda Quba rayon uşaq musiqi məktəbinə müəllimliyə
başlayıb. 1991-ci ildən isə Xaçmaz rayonu Xudat şəhər uşaq musiqi məktəbində pedaqoji
fəaliyyət göstərir.
Adil müəllim
şagirdlərə sənətin incəliklərini öyrətməklə
bərabər, səhnə mədəniyyəti, ədəb-ərkan
kimi xüsusiyyətləri də
aşılayır. Dərslərini çox
səmimi atmosferdə apararaq şagirdlərə
milli rəqslərimizin, el
havalarımızın, dünya və Azərbaycanın
tanınmış bəstəkarlarının əsərlərini
həvəslə öyrədir. Kollektivdə,
yaşadığı rayonda və şəhərdə
qazandığı hörmət, ehtiram onun yüksək mənəvi keyfiyyətlərə
malik insan olmasından
xəbər verir. 2015-ci ildə Adil müəllim 60 illiyi
münasibətilə və səmərəli pedaqoji
fəaliyyətinə görə Xaçmaz
Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən
fəxri fərmanla təltif edilib.
Mədəniyyət.- 2016.- 13 may.-
S. 6.