Bir may axşamında həzin musiqi çələngi

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera Orqan Musiqisi Zalı. 11 may. Konsertin başlamasına təxminən bir saat var. Zərif, bahar fəslinin ab-havasına öz geyimləri ilə xüsusi ovqat qatan oğlan qızlar çöhrələrində dünyanın ən məsum, ən təmiz təbəssümü ilə zala daxil olurlar. Üzlərindəki ifadədən həyəcanlı olmaları duyulur. İlk olaraq səhnəyə diqqət yetirir, dostlarının konsertqabağı məşqlərini izləyir, növbə ilə onlar da bu prosesə qoşulurlar.

Kim bilir, illər keçəcək, kiçik yaşlarından musiqinin sirli dünyasına düşən bu fidan balaların sırasından görkəmli musiqiçilər yetişəcək. Bəlkə elə onların özləri parlaq gələcəklə bağlı xəyallar qururlar...

Rəşid Behbudov adına 2 saylı onbirillik musiqi məktəbinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konserti dinləyiciləri şirin xəyallara, ümidli sabahlara köklədi.

Konsertdən əvvəl çıxış edən musiqi məktəbinin direktoru Qəmər Quliyeva dedi: “Uşaqlar həddən artıq həyəcanlıdırlar. Onlar bu konsertə ciddi hazırlaşıblar. Bir neçə ay məşq prosesi oldu. Tanınmış dirijorumuz, Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə şagirdlərimiz 3 dəfə məşq ediblər”.

Konsertin proqramı haqqında bilgi verən direktor bildirdi ki, ifa ediləcək musiqi nümunələri arasında fortepiano əsərləri üstünlük təşkil edir: “Məktəbimizin 84 yaşı var. Onun təməli fortepiano məktəbi kimi qoyulub. Bir neçə ildir ki, digər alətlər tədris olunur. Hazırda 14 alət üzrə şagirdlərimiz dərs alırlar. Bugünkü gecədə Azərbaycan dünya bəstəkarlarının əsərləri səslənəcək”.

Budur, səbirsizliklə gözlənilən an yetişir. İlk olaraq səhnəyə Teymur Göyçayevin rəhbərliyi ilə konserti müşayiət edən Azərbaycan Dövlət Kamera Orkestrinin heyəti çıxır. III sinif şagirdi Leyla Hüseynli İ.Berkoviçin fortepiano orkestr üçün 2 nömrəli konsertindən parçanı ifa edir. İlk uğurlu çıxışdan sonra səhnədə musiqi nömrələri bir-birini əvəzləyir bütün ifalar alqışlarla qarşılanır.

Bəzi ifaçılar bu səhnədə ilk addımlarını atırlar. Aparıcının təqdim etdiyi ifaçılardan biri III sinif şagirdi Nurlan Mustafazadədir. Bu, Nurlanın səhnədə debütüdür. qədər həyəcanlı görünsə , V.OrucovunDurnaların rəqsikompozisiyasını fortepianoda orkestrin müşayiəti ilə bacarıqla ifa edir. Tamaşaçılar Nurlanın çıxışını alqışlayır. Bu balaca musiqiçinin səhnədə qazandığı ilk alqışdır inanırıq ki, onu sənətdə bütün ömrü boyu bu cür alqışlar müşayiət edəcək.

Məktəbin şagirdləri Leyla Tomayeva, Əminə Xankişiyeva, Nail Qurbanov, Aysu Xəlilova, Əli Məlikov, Emin Vəlizadə, Firuzə Əliyeva, Səbinə Əliyeva, Sima Hüseynzadə, Timofey Volkov digərlərinin ifası bir-birini əvəzlədikcə musiqinin əbədiliyi hiss olunur. Bahar təravətli notlar zalda əyləşən tamaşaçılarda əsl musiqi bayramı əhvalı yaradır. Pianonun ağ-qara dillərindən cilvələnən gah coşqun, gah da lirik musiqi sədaları dənizin ləpələri kimi pıçıldayır, axşamçağı bahar havasına poetik ovqat qatır.

A.Vivaldi, E.Kurtis, Q.Qarayev, V.Adıgözəlov, V.Motsart, V.Mustafazadə, F.Zeyts, İ.Haydn, T.Quliyev, E.Sabitoğlu yaradıcılığından səslənən nümunələr isə sənətdən hörülən çiçək çələngini xatırladır. Beləcə, son ifaçı çıxışını başa vurur zalda alqışlar səslənir.

Qeyd edək ki, musiqi gecəsində Mədəniyyət Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin rəhbər işçiləri, musiqi məktəblərinin direktorları iştirak edirdi.

 

Lalə Azəri

Mədəniyyət.- 2016.- 13 may.- S. 5.