Bəşəriyyətin bəlası haqqında maarifləndirici tədbir

Mayın 12-də Azərbaycan İstiqlal Muzeyi Milli Qəhrəman Hikmət Nəzərli adına 27 saylı orta məktəbdə “Bəşəriyyətin bəlası - narkomaniya” adlı tədbir-sərgi keçirib.

Tədbirdə çıxış edən məktəbin direktoru Cəmilə Ramazanova, İstiqlal Muzeyinin elmi işçisi Gülay Ramazanova, “Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev və Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Afət Məmmədova narkotik maddələrin törətdiyi maddi və mənəvi problemlər haqqında ətraflı məlumat veriblər.

Qeyd olunub ki, tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər Dövlət Proqramı” çərçivəsində təsdiq olunmuş tədbirlər proqramına uyğun olaraq keçirilir. SonraNarkomaniya - bəşəriyyətin bəlası” adlı film nümayiş olunub.

Fariz

Mədəniyyət.- 2016.- 13 may.- S. 5.