Gənc violin ifaçısının
daha bir uğuru
Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Elvin Xoca Qəniyev gənc yaşında əldə etdiyi çoxsaylı nailiyyətlərin sırasına birini də əlavə edib. O, mayın əvvəlində Rusiyanın Novosibirsk şəhərində keçirilən gənc violin ifaçılarının beynəlxalq müsabiqəsində uğurla çıxış edərək I dərəcəli diploma layiq görülüb.
Elvin Xoca Qəniyev
1997-ci ildə anadan olub. Musiqiyə erkən vaxtlardan
böyük marağı
olub və kiçik yaşlarından
babası, həmin vaxt Türkiyədə fəaliyyət göstərən
görkəmli violin ifaçısı,
Xalq artisti Sərvər Qəniyevin rəhbərliyi altında
sənətin sirlərini
öyrənməyə başlayıb.
7 yaşında simfonik
orkestr ilə İstanbulda “Albert Lonq Hall”da çıxış
edib. 2006-cı ildən etibarən
Rusiya, Türkiyə, Polşa, İspaniya, İsveçrə və digər ölkələrdə
beynəlxalq müsabiqələrdə
uğurla iştirak edib, K.Lipinski, Q.Venyavski, P.İ.Çaykovski,
D.Oystrax adına
beynəlxalq müsabiqələrin
laureatıdır.
2008-ci ildə Azərbaycan Prezidentinin sərəncamı
ilə Elvin Xoca Qəniyevin adı gənc istedadların “Qızıl kitabı”na yazılıb və o, xüsusi aylıq təqaüdə layiq görülüb. 2010-cu ildə Roma Papası gənc musiqiçini incəsənət sahəsində
uğurlarına görə
ordenlə təltif edib.
Dünyanın bir çox məşhur dirijorlarının
rəhbərliyi altında
nüfuzlu simfonik orkestrlərin müşayiəti
ilə konsertlərdə
çıxış edən
gənc ifaçı
İsveçrənin Kalaidos
Tətbiqi Elmlər Universitetinin Musiqi bölməsinin I kurs tələbəsidir.
Mədəniyyət.- 2016.- 13 may.- S. 4.