Tvinninq layihəsinin ilk iclası keçirilib
Mayın 10-da “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin ilkin komitə iclası keçirilib.
Rəsmi açılışı mart ayında olan layihədə İtaliya və Azərbaycan tərəfləri mədəniyyət sahəsinin idarəetməsində təcrübə və biliklərin paylaşımı, Azərbaycanda mədəniyyət konsepsiyasının təkmilləşməsi üçün birgə çalışırlar.
İclasda Avropa İttifaqının Bakı nümayəndəliyindən Miqel Qomez, İtaliya tərəfindən layihə rəhbəri Adele Çesi, layihə üzrə səlahiyyətli orqan olan CİSPEL agentliyindən məsul şəxs Mikelancelo Fabbrini, layihənin rezident tvinninq müşaviri (RTM) Alessandro Bianki və onun Azərbaycan tərəfindən həmkarı Ramil Abbəkirov, eləcə də proqram idarəetmə qurumundan Əfqan Fəyziyev iştirak ediblər.
A.Bianki layihənin üçaylıq fəaliyyət hesabatını təqdim edib. Bildirib ki, “Ölkənin mədəniyyət sektoru üzrə araşdırma” mərhələsi üç həftə əvvəl başlayıb və iyulun sonuna qədər davam edəcək. A.Bianki Abşeron ərazisindəki tarixi-mədəni qoruqlara səfərlər edərək həmin qurumların məsul şəxsləri ilə, eləcə də nazirliyin bir neçə şöbəsində görüşlər keçirib.
Müşavir layihənin bu mərhələsinin
sonunda təqdim olunacaq
yekun sənədin hazırlanması üçün görüşlərdə əldə
edilən məlumatların çox
faydalı olduğunu bildirib.
İclasda həmçinin layihə
çərçivəsində İtaliyaya
təlim səfərləri və Azərbaycanda pilot layihələr üçün
ilkin ideyalar
müzakirə olunub. Növbəti üç ayın hesabat
iclası iyul ayının əvvəlinə
təyin edilib.
Mədəniyyət.- 2016.- 13 may.-
S. 4.