İordaniya səfiri Milli
Kitabxanada olub
Mayın 12-də İordaniyanın Azərbaycandakı səfiri Nassar Al-Habaşneh və konsul Saad Gharal Milli Kitabxanada olublar.
Qonaqları qəbul edən Milli Kitabxananın direktoru Kərim Tahirov kitabxana haqqında qısa məlumat verdikdən sonra iki ölkənin milli kitabxanaları arasında əlaqələrdən, kitab mübadiləsindən danışıb.
Səfir bu əlaqələrin daha da genişlənəcəyinə, gələcəkdə qarşılıqlı təcrübə mübadiləsinin aparılacağına ümidvar olduğunu bildirib. Milli Kitabxanada tətbiq olunun yeni iş növləri, avtomatlaşdırma prosesləri ilə maraqlanan iordaniyalı diplomatlar nadir kitablar, kitabxananın muzeyi və digər bölmələrlə tanış olublar.
Qonaqlara “Azərbaycan Milli Kitabxanası” fotoalbomu, “Azərbaycan” (ərəb dilində) kitabı və mədəniyyət obyektlərini özündə əks etdirən xəritə hədiyyə edilib.
Lalə
Mədəniyyət.- 2016.- 13 may.-
S. 4.