Musiqi məktəbinin şagirdləri
beynəlxalq müsabiqədə
Özbəkistan Dövlət Konservatoriyasında “Sənət qönçələri” adlı nəfəs və zərb alətləri beynəlxalq festivalı keçirilir. Müsabiqəyə Almaniya, Yaponiya, Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən 164 ifaçı qatılıb.
Beynəlxalq yarışmada Bakıdakı Mstislav Rastropoviç adına 21 saylı uşaq musiqi məktəbinin şagirdləri Kamran Talıblı (fleyta), Asəf Mayılov (truba) və Vüqar İbadov (klarnet) də iştirak edirlər.
Özbəkistan Təhsil Nazirliyi,
Mədəniyyət və İdman
İşləri Nazirliyi, Bəstəkarlar
İttifaqının birgə təşkilatçılığı
ilə keçirilən müsabiqə mayın 14-də başa çatacaq.
Mədəniyyət.- 2016.- 13 may.-
S. 4.