Məktəblilər
üçün muzey
həftəsi
18 may - Beynəlxalq Muzeylər Günü ərəfəsində ölkəmizdə ikinci dəfə “Məktəblilər üçün muzey həftəsi” keçirilir. “Multikulturalizm ili” çərçivəsində keçirilən layihə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, AMEA, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlığı və Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik və Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzlərinin iştirakı ilə təşkil olunub.
Mayın 13-də rəsmi
açılışı keçiriləcək “muzey həftəsi” ayın 18-dək davam edəcək. Həftə ərzində
şagirdlərin Bakı və regionlar
üzrə 20-dən çox muzeyə səfərləri
təşkil ediləcək.
Mədəniyyət.- 2016.- 13 may.-
S. 2.