Nyu-YorkdaQafqaz irsifestivalı təşkil edilib

Nyu-York şəhərinin Bruklin rayonundakı “Master” Teatrının binasında birinciQafqaz irsi” festivalı keçirilib. Festival Bruklin meri Erik Adams və Bruklin-Bakı Dostluq Assosiasiyası tərəfindən təşkil olunub.

 

Festivalın açılış mərasiminə toplaşmış iki minədək tamaşaçını salamlayan Erik Adams bu təşəbbüsün reallaşmasında xidmətlərinə görə Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti Marietta Rozentala, “My WayUşaq və Gənclər İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlovaya təşəkkürünü bildirib. Bruklini “Amerikanın Bakısı” adlandıran E.Adams burada bir çox mədəniyyətin təmsilçilərinin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığını deyib.

Sonra mer E.Adams tərəfindən imzalanmış rəsmi bəyanatlar oxunub. Sənədlərdə “Qafqaz irsi” festivalının keçirilməsinə dəstək qeyd olunur, bu tədbirin Nyu-YorkBruklinin mədəni inkişafına töhfəsi vurğulanır, festivalın Bruklin ilə Bakı arasında münasibətlərə müsbət töhfəsi qeyd olunur. Eyni zamanda, bəyanatlarda hər ilin may ayı BruklindəQafqaz irsi ayıelan edilir.

Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti Marietta Rozental çıxış edərək festivalın keçirilməsinə verdikləri dəstəyə görə E.Adamsa, Azərbaycan hökumətinə, o cümlədən ölkəmizin Mədəniyyət Turizm Nazirliyinə təşəkkürünü bildirib.

Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov festivalı tarixi hadisə adlandıraraq bildirib ki, bu, Vətəndən uzaqda olan istedadlı uşaq gənclərin öz doğma mədəniyyətini qoruması, yaşatması tanıtması baxımından gözəl bir imkandır. Qeyd edib ki, Azərbaycan tarix boyu tolerantlıq sülh məkanı kimi tanınıb. Ölkə rəhbərliyi multikulturalizm mədəniyyətlərarası dialoqa çox böyük diqqət yetirir. Bu kontekstdə diplomat BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda böyük uğurla keçirildiyini xatırladıb Bruklin merinə burada yaşayan Azərbaycan icmasına göstərdiyi diqqətə görə təşəkkür edib.

Festivalda “My Way” Uşaq Gənclər İnkişaf Mərkəzi, “Pesvebigürcü mədəniyyət mərkəzi, “İberiansrəqs ansamblı “Crane Musiqi Teatrı”nın yetirmələri Azərbaycan, gürcü digər milli rəqslərdən ibarət rəngarəng proqramla çıxış ediblər. Müğənni Rüfət Axundovun ifasındaAzərbaycanmahnısı Səs Azərbaycanmusiqi müsabiqəsinin iştirakçısı Orxan Ağayevin ifasındaSarı gəlinAzərbaycan xalq mahnısı sürəkli alqışlarla qarşılanıb.

Mədəniyyət.- 2016.- 16 may.- S. 16.