Tələbə rəssamların
sərgisi
Mayın 16-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş sərgi təşkil edilib.
Sərgilənən əsərlər müxtəlif texnika və üslubları əhatə edir. Burada rəngkarlıq, qrafika, qobelen, xalça və digər üslublarda portretlər, təbiət və İçərişəhər mənzərələri, müasir memarlığı əks etdirən əsərlər yer alıb.
Sərgidə aprelin 2-də
Qarabağda şəhid olmuş
ADRA-nın məzunu Samir Kaçayevin
heykəltəraşlıq əsərləri də nümayiş olunur. 200-dən
artıq əsərin yer aldığı
sərgi mayın 18-dək davam edəcək.
Mədəniyyət.- 2016.- 18 may.-
S. 16.