BMA-nın tələbəsi İstanbulda laureat olub
İstanbulda 11-ci Beynəlxalq Pera Fortepiano Festivalı çərçivəsində pianoçuların müsabiqəsi keçirilib. Müxtəlif ölkələrdən 100-dək gənc musiqiçinin qatıldığı müsabiqədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Tərlan Seyidovun tələbəsi, BMA-nın orta ixtisas musiqi məktəb-studiyasının məzunu Tutu Məmmədli 3-cü yerə layiq görülüb.
15-18 yaş qrupunda çıxış edən T.Məmmədli yüksək peşəkarlıq nümayiş etdirərək L.Bethoven, İ.S.Bax, İ.Brams, F.List və türk bəstəkarı Fazil Sayın əsərlərindən ibarət mürəkkəb və geniş proqramla çıxış edib.
Münsiflər heyətinin sədri, Nyu-York Long İsland
Konservatoriyasının professoru Tamara Poddubnaya Tutunun ifasını yüksək qiymətləndirib
və onun çox
istedadlı olduğunu vurğulayıb.
T.Məmmədli münsiflərin rəyi ilə bu il Bolqarıstan və
İsveçdə keçiriləcək müsabiqələrə
dəvət alıb. Gənc pianoçunun
müəllimi, professor Tərlan Seyidov festivala verdiyi töhfəyə görə təşəkkür
sertifikatı ilə təltif olunub.
Mədəniyyət.- 2016.- 18 may.-
S. 14.