Şəki teatrı
Bartında tamaşa göstərib
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə gedib. Mayın 14-də teatr Türkiyənin Bartın şəhərində tanınmış türk dramaturqu Haldun Tanerin “Və dəyirman dönərdi” əsərinin tamaşasını təqdim edib.
Xatırladaq ki, əsər 2015-ci ildə TÜRKSOY-un elan etdiyi “Haldun Taner ili” çərçivəsində Şəki teatrının səhnəsində tamaşaya qoyulub. Tamaşa TÜRKSOY və Bartın Mədəniyyət və Turizm İdarəsinin işbirliyi ilə nümayiş etdirilir.
Tamaşanı izləyən Bartın bələdiyyə
başqanı Cemal Akın mədəniyyət
və incəsənət layihələrinə hər zaman böyük önəm
verdiklərini dilə gətirib: “Bartın Mədəniyyət
və Sənət Mərkəzimizin binasında bir çox tədbirlər
keçirmişik. Bu
gözəl tədbir üçün
Bartın Jurnalistlər Dərnəyinə və Bartın Əlillər
Dərnəyinə ayrıca təşəkkür edirəm.
Fəaliyyətimiz bundan sonra
da davam edəcək”.ətirib:
“Bartın Mədəniyyət və Sənət Mərkəzimizin
binasında bir çox
tədbirlər keçirmişik. Bu gözəl tədbir üçün
Bartın Jurnalistlər Dərnəyinə və Bartın Əlillər
Dərnəyinə ayrıca təşəkkür edirəm.
Fəaliyyətimiz bundan sonra
da davam edəcək”.
Mədəniyyət.- 2016.- 18 may.-
S. 13.