“Müasirlərlə dialoq” layihəsində növbəti görüş
Mayın 12-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “Müasirlərlə dialoq” layihəsi çərçivəsində AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilə “Ölkəmizin intellektual potensialının inkişafında Heydər Əliyevin rolu” mövzusunda görüş keçirilib.
Qonağı salamlayan ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə akademik Akif Əlizadənin elmi fəaliyyətindən söz açıb, ölkəmizdə geologiya elminin inkişafında onun xidmətlərini yüksək dəyərləndirib. Elmlə mədəniyyətin qarşılıqlı əlaqəsindən danışan F.Əlizadə AMEA-da muğamşünaslıq bölməsinin yaradılmasının iki qurum arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini deyib.
Akademik A.Əlizadə Azərbaycan elminin, mədəniyyətinin və incəsənətinin inkişafında və dünyada təbliğ olunmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən söhbət açıb. Qeyd edib ki, AMEA-nın inkişafının böyük bir mərhələsi ulu öndərin adı ilə bağlıdır. Böyük dövlət xadimi hər zaman ölkəmizin intellektual potensialının inkişafına, azərbaycanlı gənclərin xaricdə təhsil almalarına böyük önəm verib, elmin, mədəniyyətin, incəsənətin inkişafına diqqət və qayğı göstərib.
Akademik daha sonra Xalq artisti Firəngiz Əlizadənin yaradıcılığına da toxunaraq ölkəmizdə və xaricdə Azərbaycan musiqisinin uğurla təmsil olunmasında onun xidmətlərini yüksək dəyərləndirib, bu qurum ilə akademiyanın səmərəli əməkdaşlığını xüsusi qeyd edib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli
akademiyada müxtəlif sahələrdə
aparılan islahatlardan, qurumun
dünyanın aparıcı elmi müəssisələri
ilə beynəlxalq əlaqələrindən
danışıb. Akademiyanın tarixində ilk
dəfə bu qurumun rəhbəri
ilə Bəstəkarlar İttifaqında keçirilən görüşün əhəmiyyəti
vurğulanıb.
Mədəniyyət.- 2016.- 18 may.-
S. 12.