Gənc mədəniyyət
işçilərinin növbəti regional
görüşü
Ağstafa şəhərində Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının mədəniyyət müəssisələrində çalışan işçilərlə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrup” üzvlərinin növbəti regional görüşü keçirilib.
Rayon İcra
Hakimiyyəti başçısının ictimai-siyasi
və humanitar məsələlər
üzrə müavini Lalə Eyyubova əsası ulu
öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən söz açıb. Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Gülgün Kərimov,
Mədəniyyətşünasıq üzrə Elmi-Metodik Mərkəzin direktoru
Asif Usubəliyev və başqaları
çıxış edərək mədəniyyət müəssisələrinin
digər sahələrlə inteqrasiyası, mədəniyyətin
təbliği və populyarlaşması haqqında fikirlərini
bölüşüblər.
Mədəniyyət.- 2016.- 18 may.-
S. 11.