İntellektual oyuna yekun vurulub
Hacıqabul şəhər Folklor klubunda rayon “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Multikulturalizim ili”nə həsr olunmuş Karl Popper formatlı “Debat” intellektual oyununun final mərhələsi keçirilib.
Rayonun 16 məktəbinin iştirak etdiyi
yarışda 4 saylı tam orta məktəbin “Ana yurdum” komandası I yeri
qazanıb, kubok və diplomla
mükafatlandırılıb. II yeri 10
saylı orta məktəbin “Üç muşketyor”,
III yeri Qarasu kənd orta məktəbin “Bermud”
komandası tutub. Pirsaat
kənd tam orta və
7 saylı orta məktəbin
komandalarına həvəsləndirici mükafatlar
verilib.
Mədəniyyət.- 2016.- 18 may.-
S. 11.