Milli İncəsənət Muzeyinin direktoruna Gürcüstanın “Şəfəq”
ordeni təqdim edilib
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Dövlət Rəssamlıq Akademiyasının professoru Çingiz Fərzəliyev Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələrin möhkəmləndirilməsi və inkişafına verdiyi töhfələrə görə bu ölkənin “Şəfəq” ordeni ilə təltif olunub. Mayın 13-də Gürcüstan Milli Muzeyində orden Çingiz Fərzəliyevə təqdim edilib.
“Şəfəq” ordeni mədəniyyət, təhsil, elm, incəsənət, idman və digər sahələrin görkəmli nümayəndələrinin yüksək nailiyyətlərinə görə təltif olunması üçün Gürcüstan Parlamenti tərəfindən 2009-cu ildə təsis edilib.
Ordeni professor Çingiz Fərzəliyevə Gürcüstan Prezidentinin müşaviri Sofya Şamanidi təqdim edib.
Çingiz Fərzəliyev təltifə və xidmətlərinin yüksək qiymətləndirilməsinə görə Prezident Georgi Marqvelaşviliyə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturailizm ili” elan olunması baxımından bu mükafat onun üçün xüsusilə dəyərlidir. Eyni zamanda rəhbərlik etdiyi Azərbaycan Milli İncəsənət Muzeyi bu il 80 illik yubileyini qeyd edir.
Təqdimat mərasimində
Gürcüstanın keçmiş mədəniyyət
və abidələrin mühafizəsi naziri
Nikoloz Rurua, Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze, sabiq nazir,
“Gürcüstan-Azərbaycan” Assosiasiyasının prezidenti Valeri Asatiani, Azərbaycanın
Gürcüstandakı səfiri Azər Hüseyn,
Gürcüstan parlamentinin
deputatı Azər Süleymanov, M.F.Axundzadənin
Tbilisidəki ev-muzeyinin direktoru
Leyla Əliyeva, mədəniyyət, incəsənət
xadimləri iştirak ediblər.
Mədəniyyət.- 2016.- 18 may.-
S. 7.