Beynəlxalq Ailə Günü münasibətilə dəyirmi masa
Qax rayon Cəfər Cabbarlı adına Mərkəzi kitabxanada 15 may - Beynəlxalq Ailə Günü münasibətilə “Yaşlı nəslin təcrübəsindən faydalanaq” mövzusunda dəyirmi masa keçirilib.
Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi D.Əzizova əlamətdar günün tarixindən, ölkəmizdə ailə dəyərlərinə verilən qiymətdən söz açıb. Diskussiya ilə davam edən tədbirdə bildirilib ki, möhkəm ailəyə sahib olmaq üçün ağıl, tərbiyə və əxlaq böyük önəm daşıyır. Sonda uzunömürlü ailələrin nümayəndələrinə Mədəniyyət və Turizm Şöbəsinin xatirə hədiyyələri təqdim edilib.
* * *Siyəzən rayon Mədəniyyət
mərkəzində "Ailə müqəddəsdir"
adlı dəyirmi masa təşkil olunub. Mədəniyyət və Turizm Şöbəsinin müdiri
Zəminə Qədirli tədbiri açaraq
Beynəlxalq Ailə Günü münasibətilə
təbriklərini çatdırıb. Mədəniyyət mərkəzinin
direktoru Ziyadə Dadaşova,
Ağsaqqallar Şurasının sədri
Qəzənfər Nəcəfov və başqaları ailə
dəyərləri ilə bağlı fikirlərini
bölüşüblər.
Mədəniyyət.- 2016.- 18 may.-
S. 11.