Mehmanxana rəhbərlərinin və turistlərin nəzərinə!
Son zamanlar mehmanxana və mehmanxana tipli obyektlər tərəfindən mehmanxanada qeydiyyatdan keçərkən tələb olunan müvafiq sənədlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyinə şikayətlər daxil olmuşdur.
Məlum olduğu kimi, mehmanxanada gecələmək üçün sənəd rəsmiləşdirilməsi beynəlxalq qaydalarına və təcrübəsinə əsasən hər bir vətəndaş xüsusi forma - gəliş vərəqəsini doldurur və orada öz şəxsiyyət vəsiqəsinə dair göstəricilərini: soyadı, ad, doğum tarixi, daimi yaşayış yerinin ünvanı və s. qeyd edir. Həmin vərəqədə eyni zamanda mehmanxanada qalma qaydaları və rejimi də öz əksini tapır. Sənədə atılan imza onu təsdiq edir ki, mehmanxanada gecələyən turist, xidmət qaydaları və qiymətləri ilə tanış olmuşdur. Daha sonra vərəqədəki göstəricilər mehmanxananın qeydiyyat bankına daxil edilir və şəxsiyyəti təsdiq edən sənəd dərhal müştəriyə geri qaytarılır.
Əlavə olaraq bildiririk ki, mövcud qanunvericilikdə mehmanxanada
qeydiyyatdan keçən zaman
nikah haqqında şəhadətnamə tələb
olunmur.
Mədəniyyət.- 2016.- 18 may.-
S. 9.