Milli Kitabxanada Argentina
yazıçılarının kitabının təqdimatı
olacaq
Mayın 13-də Argentinanın Azərbaycandakı səfiri Carlos Dante Riva və səfirliyin katibi Gisandro Basiliko Milli Kitabxanada olublar.
Direktor Kərim Tahirov qonaqlara kitabxana haqqında qısa məlumat verib. Kitabxananın beynəlxalq əlaqələrindən danışan K.Tahirov ötən il IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası zamanı Argentina Milli Kitabxanası ilə də əməkdaşlıq memorandumunun imzalanmasının nəzərdə tutulduğunu, lakin Argentina nümayəndə heyətinin Bakıya gələ bilməməsi üzündən təxirə salındığını diqqətə çatdırıb.
Öz növbəsində
səfir bu görüşün
əlaqələrin qurulacağına təkan verəcəyini
deyib. O, Azərbaycan Tərcümə Mərkəzi
ilə birgə Argentina
yazıçılarının əsərlərinin Azərbaycan
dilinə tərcümə olunaraq çap olunduğunu bildirib və həmin kitabın təqdimatının
Milli Kitabxanada
keçirilməsini təklif edib. Təqdimatın
keçirilməsi barədə razılıq əldə olunub. Görüşün
sonunda qonaqlara kitablar hədiyyə olunub.
Mədəniyyət.- 2016.- 18 may.-
S. 6.