Musiqi və incəsənət məktəbləri rəhbərlərinin
iştirakı ilə növbəti zona
müşavirəsi
Mədəniyyət və Turizm Nazirliyinin iş planına uyğun olaraq 11-13 may tarixində Ağcabədi, Bərdə, Beyləqan və Xocavənd rayon uşaq musiqi və incəsənət məktəbləri rəhbərlərinin iştirakı ilə məktəblərdə tədris işinin təşkili ilə bağlı zona müşavirəsi keçirilib.
Müşavirədə bədii təhsilin inkişafı, müəllimlərin biliklərinin qiymətləndirilməsi, ustad dərslərinin təşkili, simli və nəfəsli alətlər üzrə proqramların həyata keçirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi və s. mövzularda zəruri məlumat və izahatlar verilib. Əmək və maliyyə intizamı, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəbin idarə edilməsi, hazırda qüvvədə olan pedaqoji kadrların işə qəbul qaydaları ilə bağlı suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb. Həmçinin məktəblərin bir sıra sənədləri, dərs və tarifikasiya cədvəllərində aşkar edilmiş nöqsanlar məktəb rəhbərlərinin diqqətinə çatdırılıb, növbəti dərs ili üçün müvafiq tövsiyələr verilib, tədris və kargüzarlıq işlərinin təşkili məsələlərində müsbət dönüşün yaradılması bir vəzifə kimi qarşıya qoyulub.
Müşavirənin sonunda
musiqi və incəsənət məktəblərinin
fəaliyyətinə dair təklif və
müraciətlər müzakirə olunub.
Mədəniyyət.- 2016.- 18 may.-
S. 5.