“Dağıstanla turizm əməkdaşlığı
müzakirə edilib
Xəbər verdiyimiz kimi, ötən həftə Rusiya Federasiyası Dağıstan Respublikasının Azərbaycanda mədəniyyət günləri keçirilib.
Mayın 13-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət günləri ilə bağlı Bakıya gələn Dağıstan Respublikasının turizm və xalq bədii sənətkarlıq naziri Maqamed İsayev ilə görüşüb. Görüşdə turizm və mədəni əlaqələrin inkişafı, bu sahədə daha sıx əməkdaşlığın qurulması barədə fikir mübadiləsi aparılıb.
Əbülfəs Qarayev Rusiya Federasiyasının Dağıstan Respublikasından turist axının artırılması istiqamətində bir sıra işlərin görülməsinin vacibliyini qeyd edib. Azərbaycan-Dağıstan sərhədində turistlərin gəlişinin asanlaşdırılması üzrə məsələlər müzakirə edilib. Həmçinin, qış turizmi mövsümündə turistlərin cəlb olunması barədə söhbət açılıb, bu baxımdan Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzinin geniş potensialının olduğu vurğulanıb.
Dağıstanın turizm və xalq bədii sənətkarlıq
naziri müzakirə edilən məsələlərin
əhəmiyyətini vurğulayaraq ikitərəfli
əlaqələrin daha da
genişləndirilməsi istiqamətində işlərin
görüləcəyini qeyd edib.
Mədəniyyət.- 2016.- 18 may.-
S. 4.