Bakıda İran
filmləri həftəsi keçirilib
Mayın 14-dən 17-dək paytaxtdakı Nizami Kino Mərkəzində İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət mərkəzinin və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə İran filmləri həftəsi keçirilib. Açılış mərasimində Mədəniyyət mərkəzinin rəhbəri İbrahim İbrahimi iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrindən söz açıb.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev qeyd edib ki, iki ölkənin xalqları arasında tarixi münasibətlər bu gün mehriban qonşuluq və dostluq münasibətlərinin nümunəsinə çevrilib.
Tədbirdə iştirak edən İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Abuzər İbrahimi Türkmən Bakıda İran filmləri həftəsinin keçirilməsini yüksək qiymətləndirib. Vurğulanıb ki, Azərbaycan filmləri həftəsinin İranda keçirilməsi də səbirsizliklə gözlənilir.
Sonra “143-cü çuxur”
filmi nümayiş olunub. Növbəti günlərdə
İran kinosu həvəskarlarına “Bir
dişləm qənd”,
“Bu gün”, “Nəqqaşlıq
hovuzu” filmləri təqdim edilib.
Mədəniyyət.- 2016.- 18 may.- S. 4.