Azərbaycanda ilk dəfə beynəlxalq rəqs müsabiqəsi keçirilir

İlk peşəkar milli balerinamız Qəmər Almaszadənin xatirəsini yaşadan sənət yarışında 6 ölkədən 200 rəqqas iştirak edir

Mayın 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Qəmər Almaszadə adına KlassikMilli Rəqs üzrə I Beynəlxalq Müsabiqənin açılışı keçirildi. Mədəniyyət və Turizm Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə belə bir beynəlxalq sənət yarışması Yaxın Şərq və MDB məkanı üzrə ilk dəfə ölkəmizdə gerçəkləşir.

Açılış mərasimi Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlandı. Sonra Azərbaycanın ilk peşəkar balerinası Qəmər Almaszadənin səhnə və pedaqoji fəaliyyətinə həsr olunmuş slayd-şou nümayiş etdirildi.

Mərasimdə görkəmli balerinaya həsr olunmuş «PrimaMaestro» xoreoqrafik kompozisiyası nümayiş etdirildi. İ.S.Bax, V.A.Motsart, Ə.Bədəlbəyli, Niyazi, F.Əmirov, A.Məlikov və F.Bədəlbəylinin əsərlərindən ibarət kompozisiyada əsas partiyaları Xalq artisti Kamilla HüseynovaPrezident mükafatçısı Akif Kərimli ifa etdi. Onlar Azərbaycanın ilk peşəkar milli balerinası Qəmər Almaszadə ilə ilk Azərbaycan baletinin müəllifi, bəstəkar Əfrasiyab Bədəlbəylinin sevgi hekayətini canlandırdılar. Xalq artistləri Kamilla HüseynovaYusif Qasımovun quruluş verdiyi kompozisiyada Bakı Xoreoqrafiya Akademiyasının ortaorta ixtisas təhsili pilləsinin şagird və tələbələri çıxış edirdi. Əməkdar artistlər Sənan Hüseynli və Səbinə Qasımovanın, Əməkdar mədəniyyət işçisi Mayra Almaszadə və dosent Lüdmila Həsənovanın yetirmələri öz səliqəli və sinxron çıxışları ilə sübuta yetirdilər ki, Azərbaycan klassikmilli rəqsinin gələcəyi etibarlı əllərdədir. Klassik baletmilli rəqs musiqisinin bir-birini tamamladığı kompozisiya alqışlarla qarşılandı.

 Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müsabiqəni açıq elan edərək əvvəlcə gözəl ifaları hər kəsə sənət zövqü yaşadan gənc rəqqaslara təşəkkür etdi.

2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Qəmər Almaszadənin 100 illiyinin qeyd olunması barədə sərəncam imzaladığını diqqətə çatdıran nazir bildirdi ki, Bakı Xoreoqrafiya Akademiyası görkəmli balerinanın adını daşıyacaq beynəlxalq rəqs müsabiqəsinin keçirilməsi təşəbbüsünü irəli sürüb.

Qeyd olundu ki, Azərbaycanda rəqs məktəbləri və dərnəkləri ötən əsrin 20-ci illərində fəaliyyət göstərməyə başlayıb və sonrakı dövrlərdə bu sənət mühüm inkişaf yolu keçib. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə incəsənətin bu sahəsinə xüsusi diqqət və qayğı göstərilib. 1986-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə Bakı Xoreoqrafiya Məktəbi yeni bina ilə təmin edilib.

Müstəqillik dövründə də milli xoreoqrafiya sənətinin inkişaf etdirilməsi diqqət mərkəzindədir: “2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Xoreoqrafiya Akademiyası yaradıldı. Düşünürəm ki, bu gün əsası qoyulan müsabiqə bizim xoreoqrafiya sənətinin daha yüksək səviyyədə inkişafına, beynəlxalq təcrübə mübadiləsinə təkan verəcək və ənənəvi olaraq iki ildən bir Bakıda keçiriləcək”.

 Qeyd edək ki, sənət yarışında 6 ölkədən - Azərbaycan, ABŞ, Rusiya Federasiyası, Qazaxıstan, LitvaUkraynadan 200 rəqqas iştirak edir. Müsabiqə klassikmilli rəqs istiqamətləri üzrə qızlar və oğlanlar arasında iki yaş qrupunda (12-17 və 18-26 yaş arası) və iki turda keçirilir. İştirakçıların çıxışlarını Azərbaycanın xalq artistləri Rəfiqə AxundovaAfaq Məlikova, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva, Rusiyanın Xalq artisti Dikalu Muzakayev, Litvanın Əməkdar artisti Petras Skirmantasdan ibarət münsiflər heyəti qiymətləndirir.

Müsabiqəyə mayın 19-da yekun vurulacaq. Həmin gün Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında mükafatlandırma mərasimi və müsabiqə qaliblərinin qala-konserti olacaq.

G.Mirməmməd

Mədəniyyət.- 2016.- 18 may.- S. 3.