Təcrübə mübadiləsi
və əməkdaşlıq müzakirə olunub
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin dəvəti ilə Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin və Qars Mədəniyyət, Sosial Yardımlaşma və Həmrəylik Dərnəyinin (Kar-Der) nümayəndələri Orxan Çərkəz və Ərdal Eren Bayrak ölkəmizə səfər edib.
Səfər çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyi, Mərdəkan Mədəniyyət sarayı, Qobustan Milli Tarixi-Bədii Qoruğu və digər müəssisələrin rəhbərləri ilə görüşlər təşkil edilib.
Görüşlərdə təcrübə
mübadiləsi, birgə tədbirlərin keçirilməsi
və müxtəlif çap məhsullarının
hazırlanması və s. müzakirə edilib, bir sıra məsələlərdə
razılıq əldə olunub. “Bir millət - iki dövlət”
kitabının hazırlanması, Xaçmaz
rayon Mədəniyyət sarayı ilə
“Kar-Der” arasında əməkdaşlıq
müqaviləsinin imzalanması, mədəniyyət
işçilərinin birgə təlimlərinin keçirilməsi
nəzərdə tutulur. Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodik Mərkəzlə İstanbul Böyükşəhər Bələdiyyəsi
arasında əməkdaşlıq müqaviləsinin
imzalanması məsələsi də müzakirə edilib.
Mədəniyyət.- 2016.- 18 may.-
S. 3.